banner
banner

İdman

Qurban Qurbanov Türkiyədə stadionun qarını təmizlədi - Fotolar

Qurban Qurbanov Türkiyədə stadionun qarını təmizlədi - Fotolar

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ”ın Polşanın “Visla” (Krakov) klubu ilə bu günə nəzərdə tutulan yoxlama oyunu baş tutacaq.

Cia.az Qol.az-a istinadən xəbər verir ki, görüşün keçiriləcəyi və “Qarabağ”ın məskunlaşdığı idman kompleksinin meydançası qardan təmizlənib.

Maraqlıdır ki, təmizləmə prosesində Ağdam komandasının baş məşqçi Qurban Qurbanov başda olmaqla məşqçi heyəti, bəzi futbolçular, ofis işçiləri, klub rəsmiləri də iştirak ediblər.

Qeyd edək ki, “Qarabağ” bu gün 2 yoxlama oyunu keçirməli idi. Lakin Antalyaya yağan güclü qar səbəbindən Çexiyanın “Bohemians” klubu ilə oyunu ləğv olunub.

“Visla” ilə oyun isə Bakı vaxtı ilə saat 17:45-də başlayacaq. Komandalar arasında əldə edilmiş razılığa əsasən, yoxlama görüşü 3 hissədən ibarət olacaq.

Qurban Qurbanov Türkiyədə stadionun qarını təmizlədi  - Fotolar
Qurban Qurbanov Türkiyədə stadionun qarını təmizlədi  - Fotolar
Qurban Qurbanov Türkiyədə stadionun qarını təmizlədi  - Fotolar


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.