banner
banner

İdman

Azərbaycan kikboksçuları Anar Məmmədov ilə Fərid Ağamalıyev İslamiadada qızıl medal qazandılar!

Azərbaycan kikboksçuları Anar Məmmədov ilə Fərid Ağamalıyev İslamiadada qızıl medal qazandılar!

Cia.az Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə istinadla xəbər verir ki, Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında kikboksinq yarışlarına yekun vurulub.

Fərid Ağamoğlanov (63,5 kq, Full kontact) və Anar Məmmədov (57 kq, Low kik) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. Digər idmançılarımız Camal Məmmədov (54 kq, Full kontact) və Saqi Salehli (75 kq, Full kontact) gümüş, Amil Məmmədov (51 kq, Full kontact) və Ramiz Məmmədov (54 kq, Full kontact) isə bürünc medala layiq görülüblər.

 Sonuncu yarış günündə Azərbaycan milli komandasının üzvlərindən Ramal Aslanov (low kick, 75 kq) və Elvin Ağayev (full kontact, 86 kq) gümüş, Arzuman Qədimov (low kik, 63.5 kq) isə bürünc  medal qazanıblar.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilib. İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançılarının iştirak elədiyi yarışlar bu gün başa çatıb.

Hürr Tərcüman



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.