banner
banner

İdman

UEFA Gürcüstan Futbol Federasiyasına 46 min avro cərimə cəzası verdi - səbəblər

UEFA Gürcüstan Futbol Federasiyasına 46 min avro cərimə cəzası verdi - səbəblər

Cia.az xəbər verir ki, futbol üzrə Avropa çempionatının qrup mərhələsinin nəticələrinə görə, Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Gürcüstan Futbol Federasiyasına 46 min avro cərimə cəzası verib. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat verib.
Türkiyə millisi ilə görüşün (1:3) nəticələrinə görə - pirotexnikadan istifadə və kütləvi qayda pozuntusu səbəbindən 36,25 min avro cərimə hesablanıb.
Portuqaliya komandası ilə görüşün (2:0) nəticələrinə görə - azarkeşlərin meydana qaçması və pirotexnikadan istifadə səbəbindən 9,75 min avro cərimə cəzası verilib.
Gürcüstan millisi tarixdə ilk dəfə Avropa çempionatında iştirak edib. Komanda qrup mərhələsində üçüncü yeri tutaraq səkkizdə bir finala çıxıb və bu oyunda 1:4 hesabı ilə İspaniyaya məğlub olub.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.