"Yunis Hüseynov bacarığıma bələddir" - "Kəpəz"in yeni transferi
“Böyük futbolda ilk addımlarımı demək olar ki, Yunis Hüseynovun rəhbərliyi altında atmışam. Mənim üçün uğurlu baş məşqçidir. Ümid edirəm ki, davamı gələr”. Bu sözləri “Kəpəz”in yeni transferi Tural Nərimanov klubun rəsmi saytına açıqlamasında deyib. 28 yaşlı futbolçu Gəncə klubuna keçidi haqda danışıb: “Yunis müəllimin sayəsində əvvəlki formamı yığacağıma inamım böyükdü. O, məni yaxşı tanıyır və bacarığıma bələddir. Komandanın düşərgəsində baxışdan keçib özümü ən yaxşı tərəfdən göstərməyə çalışdım”.
“Kəpəz” Tural Nərimanov üçün yad komanda deyil. Mərkəz müdafiəçisi əvvəlki iki mövsümdə “sarı-göylər”in şərəfini qoruyub: “Yenidən “Kəpəz”ə qayıtdığıma görə xüsusilə sevincliyəm. Qarşımıza qoyulan vəzifə komandanı düşdüyü vəziyyətdən çıxarmaqdı. Əlbəttə ki, bu, elə də asan olmayacaq. Hər oyuna qələbə əzmi ilə çıxacağıq. “Kəpəz” layiq olduğu yerdə olmalıdı”
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb