banner
banner

İdman

Avroliqada 1/8 finalçılar müəyyənləşir - Yenilənir

Avroliqada 1/8 finalçılar müəyyənləşir - Yenilənir

Bu gün Avropa Liqasında 1/16 final mərhələsinə yekun vurulacaq.

Qol.az-ın məlumatına görə, keçiriləcək 15 oyunla 1/8 finala yüksələn bütün komandalar müəyyənləşəcək.

"Arsenal" Londonda "Ostersun"u qəbul edəcək. Səfərdə keçirilən ilk görüşdə 3 cavabsız qolla qalib gələn "topçular" demək olar ki. mərhələnin taleyini həll edib.

"Milan" öz meydanında "Ludoqorets"i sınağa çəkəcək. Bolqarıstanda qeydə alınan 3:0 hesablı qələbə İtaliya təmsilçisini 1/8 finala yaxınlaşdırıb.

"Borussiya" İtaliyada "Atalanta"nın qonağı olacaq. Dortmundda keçirilən ilk görüşdə Almaniya klubu 3:2 hesablı qələbə qazanıb. Komandaların şansı bərabər qiymətləndirilir.

Bu mövsüm “Qarabağ”ın Çempionlar Liqasında rəqibləri olmuş “Kopenhagen”lə “Atletiko”nun dueli də maraqla gözlənilir. Danimarkada keçirilən ilk oyunda Madrid klubu 4:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, artıq 1/8 finalın ilk iştirakçısı bəllidir. Bu, "Srvena Zvezda"nı mübarizədən kənarlaşdıran Moskva MOİK-idir.



22 fevral

Avropa Liqası

1/16 finalın cavab oyunları

"Lokomotiv" (Moskva, Rusiya) - "Nitsa" (Fransa) 1:0
Qol: 
Denisov, 30
İlk oyun - 3:2

"Sportinq" (Portuqaliya) - "Astana" (Qazaxıstan) 3:3
Qollar:
 Dost, 3 (1:0), Tomasov, 37 (1:1), Fernandes, 53 (2:1); 63 (3:1). Tvumasi, 80 (3:2), Şomko, 90+4 (3:3)
İlk oyun - 3:1

"Latsio" (İtaliya) - "Styaua" (Rumıniya) 5:1
Qollar:
 İmmobile, 7 (1:0), Bastos, 35 (2:0), İmmobile, 43 (3:0), Anderson, 51 (4:0), İmmobile, 71 (5:0), Qnohere, 82 (5:1)
İlk oyun - 0:1

"Viktoriya" (Plzen, Çexiya) - "Partizan" (Serbiya) 2:0
Qollar:
 Kremençik, 67, Çermak, 90+4
İlk oyun - 1:1

"Vilyarreal" (İspaniya) - "Lion" (Fransa) 0:1
Qol:
 Traore, 85
İlk oyun - 1:3

"Leyptsiq" (Almaniya) - "Napoli" (İtaliya) 0:2
Qollar: 
Zielinski, 33, İnsinye, 86
İlk oyun - 3:1

"Zenit" (Rusiya) - "Seltik" (Şotlandiya) 3:0
Qollar:
 İvanoviç, 6, Kuzyayev, 28, Kokorin, 61
İlk oyun - 0:1

"Dinamo" (Kiyev, Ukrayna) - AEK (Yunanıstan) 0:0
İlk oyun -
 1:1

"Atletiko" (Madrid, İspaniya) - "Kopenhagen" (Danimarka) 1:0
Qol:
 Qameiro, 7
İlk oyun - 4:1


00:05. "Braqa" (Portuqaliya) - "Marsel" (Fransa)
İlk oyun - 0:3

00:05. "Arsenal" (İngiltərə) - "Ostersun" (İsveç)
İlk oyun - 3:0

00:05. "Milan" (İtaliya) - "Ludoqorets" (Bolqarıstan)
İlk oyun - 3:0

00:05. "Zalsburq" (Avstriya) - "Real Sosyedad" (İspaniya)
İlk oyun - 2:2

00:05. "Atletik" (Bilbao, İspaniya) - "Spartak" (Moskva, Rusiya)
İlk oyun - 3:1

00:05. "Atalanta" (İtaliya) - "Borussiya" (Dortmund, Almaniya)
İlk oyun - 2:3



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.