banner
banner

İdman

Şəhriyar Məmmədyarov İddiaçılar turnirində ardıcıl üçüncü heç-heçəsini edib

Şəhriyar Məmmədyarov İddiaçılar turnirində ardıcıl üçüncü heç-heçəsini edib

Almaniyanın paytaxtı Berlində keçirilən İddiaçılar turnirində bu gün IV turun görüşləri baş tutub.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov amerikalı Uesli So ilə üz-üzə gəlib.

Görüş heç-heçə ilə yekunlaşıb - 0,5:0,5. Bununla da, 33 yaşlı qrossmeyster ardıcıl üçüncü görüşündə xalları yarı bölüb. Hazırda onun aktivində 2,5 xal var.

İddiaçılar turniri, Berlin, Almaniya, IV tur

Aleksandr Qrişuk (Rusiya) – Din Lijen (Çin) – 0,5:0,5

Şəhriyar Məmmədyarov (Azərbaycan) – Uesli So (ABŞ) – 0,5:0,5

Vladimir Kramnik (Rusiya) – Fabiano Karuana (ABŞ) – 0:1

Sergey Karyakin (Rusiya) – Levon Aronyan (Ermənistan) – 0:1

Turnir cədvəli: Karuana – 3, Kramnik, Məmmədyarov – 2,5, Lijen, Aronyan, Qrişuk – 2, So, Karyakin – 1.

Yarışın V turu martın 15-də keçiriləcək.

İddiaçılar turniri, Berlin, Almaniya, 5-ci tur

Partiyaların başlama vaxtı Bakı vaxtı ilə 18.00-dadır.

Levon Aronyan (Ermənistan) – Aleksandr Qrişuk (Rusiya)

Fabiano Karuana (ABŞ) – Sergey Karyakin (Rusiya)

Uesli So (ABŞ) – Vladimir Kramnik (Rusiya)

Din Lijen (Çin) – Şəhriyar Məmmədyarov (Azərbaycan)

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.