Topaz Premyer Liqada III dövrənin son 2 oyunu - Yenilənir
Bu gün Topaz Premyer Liqada 21-ci tura yekun vurulacaq.
Qol.az-ın məlumatına görə, ikinci oyun günündə daha iki görüş keçiriləcək. Günün ilk matçı Qəbələdə baş tutacaq. Roman Qriqorçukun komandası son zamanlar inamlı təsir bağışlayan "Sumqayıt"ı sınağa çəkəcək. Görüş hər iki komanda üçün mühüm əhəmiyyət kəsb edir.
"Qarabağ" bu tur qələbə qazana bilməyib. Bu səbəbdən də "Qəbələ" qalib gəlməklə liderlər xal fərqini 8-ə endirmiş olacaq. "Sumqayıt" isə 3 xal qazanmaqla nəinki bürünc, hətta gümüş medal qazanmaq şansını da artıracaq.
Turun son matçında isə "Neftçi" "Səbail"lə üz-üzə gələcək. Avrokuboklar şansını davam etdirən "Neftçi" III dövrənin son matçında qələbəni hədəfləyir. 2 aprel (bazar ertəsi)
17:00. “Qəbələ” – “Sumqayıt” Hakimlər: İnqilab Məmmədov, Akif Əmirəli, Vüqar Bayramov, Rəvan Həmzəzadə Qəbələ şəhər stadionu
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb