Güləşçilərimizdən 2 qızıl, 2 gümüş və 4 bürünc medal
Türkiyənin Gebze şəhərində sərbəst, yunan-Roma və qadın güləşi üzrə yeniyetmələr arasında 21-ci Zəfər Kuboku beynəlxalq turniri keçirilib. İlk iki yarış gününün yekununda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yarışlarda güləşçilərimiz 5 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıb. Üçüncü yarış günündə yunan-Roma güləşçilərimizdən Həzrət Cəfərov və Röyal Mirzəliyev (hər ikisi 51 kq), qadın güləşçilərdən Jalə Əliyeva (61 kq), sərbəst güləşçilərdən isə İslam Abuyev (110 kq) bütün rəqiblərini üstələyərək finala yüksəlib. Həzrət Cəfərov (51 kq) və Jalə Əliyeva (61 kq) final görüşünü də qələbə ilə başa vuraraq turnirin qızıl medalına yiyələnib. Röyal Mirzəliyev (51 kq) və İslam Abuyev (110 kq) isə gümüş medalla kifayətlənib. Daha 4 güləşçimiz isə bürünc medal qazanıb. Qadın güləşçilərdən Ayşən Yusifova (46 kq) və Elnur Məmmədova (61 kq), sərbəst güləşçilərdən Riyad Aslanov (51 kq) və Sabir Cəfərov (60 kq) fərqlənib. Beləliklə, son yarış günündə yığmamızın üzvləri 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb