20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası yoldaşlıq oyunu keçirəcək.
“Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv mayın 16-da Yunanıstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq.
Görüş Bakıda baş tutacaq.


