Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
Qol.az-ın məlumatına görə, ikinci oyun günündə daha 2 qarşılaşma keçirilib.
Turnirin favoritlərindən olan “Barselona” öz meydamında “Roma”nı sınağa çəkib. “Qarabağ”la eyni qrupda mübarizə aparmış “Roma”nın çətin səfər oyununda hansı nəticəyə imza atacağı maraqla gözlənilir. Görüş Kataloniya klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb. Qonaqlar iki avtoqola üzülüb.
Digər görüşdə isə ingilis qarşıdurması olub. “Liverpul” Premyer Liqada çempionluğa yaxın olan “Mançester Siti”ni qəbul edib. Yurgen Kloppun komandası yarım saat ərzində qonaqların qapısından 3 cavabsız qol keçirib. Oyun elə bu hesabla da başa çatıb.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb