banner
banner

İdman

Buffon ona qırmızı vərəqə göstərən hakimi zibil vedrəsinə bənzədib

Buffon ona qırmızı vərəqə göstərən hakimi zibil vedrəsinə bənzədib

İtaliyanın "Yuventus" klubunun qapıçısı Canluici Buffon İspaniya "Real Madrid"i ilə 1/4 final mərhələsinin cavab görüşünün uzatma dəqiqələrində Turin komandasının qapısına təyin olunmuş penalti ilə bağlı fikirlərini bölüşüb.

"Report" xəbər verir ki, o, 93-cü dəqiqədə hakim tərəfindən təyin edilən penaltinin qaydalara görə zəruri olan 11 metrlik cərimə zərbəsinin onda bir hissəsi (əslində penaltiyə ehtiyac olmadığını -red) olduğunu qeyd edib.

Hakimi zibil vedrəsi ilə müqayisə edən qapıçı bildirib ki, komanda qələbə üçün hər şeyi edib və bir insan oyundakı bu cür fədakarlıqlardan sonra hər şeyi məhv etməməli idi.

"Görünür, zibil vedrəsinin yerinə ürəyə malik olmaq olmaz",- deyə Buffon bildirib.

Həmçinin bildirilir ki, oyundan sonra futbolçular tribunanın altındakı binada bir-birlərinin ünvanına təhqirlər və ittihamlar yağdıraraq dalaşıblar. Onları sakitləşdirmək üçün polisin müdaxilə etməsi lazım gəlib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.