banner
banner

İdman

“Rəhbərlik qələbəyə görə yaxşı mükafat söz verib” – Pərdis Fərcad-Azad

“Rəhbərlik qələbəyə görə yaxşı mükafat söz verib” – Pərdis Fərcad-Azad

“Keşlə”nin hücumçusu Pərdis Fərcad-Azad ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Sumqayıt” üzərində 1:0 hesabı ilə qələbə qazandıqları oyundan sonra jurnalistlərin suallarını cavabandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.

- Biz rəqibdən daha yaxşı oynadıq. "Sumqayıt" yaxşı komandadır, top saxlamağı bacarırlar. Ancaq bu gün ardıcıl 2-3 dəqiq ötürmə verə bilmirdilər. Çünki onlara qarşı pressinq tətbiq edirdik. Bu, yaxşı oynadığımızdan xəbər verir.

 

- Bu hesab finala çıxmaq üçün sizə kömək edə bilər?

- Əlbəttə. Əsas odur ki, qol buraxmadıq. Amma hələ heç nə bitməyib. Çempionlar Liqasında gördük ki, futbolda hər şey ola bilər.

- Amma Çempionlar Liqası ilə Premyer Liqamızın səviyyəsi tam başqadır...

- Düzdür. Hələ rahat deyilik. Cavab matçına yaxşı hazırlaşmalıyıq.

 - Sənə də elə gəlmirmi ki, heç-heçəlik oyun idi. Sadəcə, Sezar Meza Kollinin fərdi ustalığı sayəsində vurduğu qol “Keşlə”yə qələbə qazandırdı?

- Bəli. Onun yaxşı zərbə vuracağına inanırdım.
 
- Skarlatake də sanki cərimə zərbəsi vaxtı ona nəsə dedi...

- Skarlatake ondan ötürmə verməyini istədi. Yaxşı ki, Sezar ona qulaq asmadı. Bu qol oyunun taleyini həll etdi.

- Demək olar ki, final şansınız “Sumqayıt”a nisbətən daha çoxdur?

- Xeyr. "Sumqayıt" 2:0 hesabı ilə qələbə qazansa, finala vəsiqə qazanacaq. Rəqib meydanında da fərqlənə bilsək, şanslarımız daha yüksək olacaq.

 - Klub rəhbərliyi paltardəyişmə otağına gələrək sizi təbrik etdi?

- Hələ yox. Ancaq edəcəklər. Yəqin ki, təkrar matçdan sonra finala çıxmaq münasibətilə.

- Qələbəyə görə mükafat söz verilmişdi?

- Bəli. Mükafat da deyilib, yaxşı məbləğdir.

- Yəni deyirsən ki, həmin pula meydanda can qoymağa dəyər...

- (gülür) Əlbəttə. Necə ürəklə çıxış etdiyimizi görmədiniz?!



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.