"Qarabağ"ın çempionluq oyunu TV-də yayımlanmır - narazılıq
Topaz Premyer Liqanın 24-cü turunda keçiriləcək "Sumqayıt" - "Qarabağ" oyunu canlı yayımlanmayacaq.
Qol.az xəbər verir ki, "Sumqayıt"ın istəyi ilə oyunun bir gün sonraya - aprelin 22-nə təyin edilməsi telekanalın planlarını pozub. Əldə etdiyimiz məlumata görə, telekanal Peşəkar Futbol Liqasının istəyi ilə "Sumqayıt" - "Qarabağ" matçını deyil, bu görüşlə eyni vaxtda (19:00) başlanacaq "Neftçi" - "Qəbələ" oyununu canlı yayımlayacaq.
Məsələ ilə əlaqədar PFL və telekanaldan şərh almaq mümkün olmayıb.
Əldə etdiyimiz başqa bir məlumata görə, qalib gələcəyi halda "Qarabağ"ın çempion olacağı bu matçın yayımlanmayacağı Ağdam klubunda narazılıqla qarşılanıb.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb