“Usaqların cəsarətli oynaması məni sevindirdi” – millimizin baş məşqçisi
“Oyun qarşılıqlı hücumlar şəraitində keçdi. Rəqib bir yaş kiçik futbolçulardan qurulsa da, fiziki göstəricilərinə görə geri qalmırdılar”.
Bu sözləri 16 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Azər Məmmədov deyib.
Türkiyədə keçirilən beynəlxalq turnirdə yerli komanda ilə oyunlarını (1:1) dəyərləndirən gənc mütəxəssis futbolçulardan razı qaldığını bildirib: “Rəqib beynəlxalq oyun təcrübəsi və birgə oyun vərdişi baxımından demək olar ki, komanda uzun müddətdir yığılıb. Bizdə isə bildiyiniz kimi komanda yeni qurulub, beynəlxalq oyun təcrübəsi yoxdu. Buna baxmayaraq, uşaqlar yaxşı oynadılar. Gələcəkdə yaxşı milli komanda formalaşdırmaq üçün ümid verdilər. Təbii ki, çatışmazlıqlar var və onların üzərində işləmək üçün vaxtımız olacaq. Əsasən futbolçuların bir-birlərinə uyğunlaşmasında, xətlərarası əlaqədə problemlərin olduğu görünürdü. Bunun fonunda uşaqların ilk beynəlxalq oyunda qorxmaması, cəsarətli oynaması məni sevindirdi. Komanda ürəklə hücuma çıxırdı. Qol imkanlarımız oldu, qələbə qazana da bilərdik”.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb