banner
banner

İdman

“Qarabağ”da hamı öz yerini bilir” - Qurban Qurbanov

“Qarabağ”da hamı öz yerini bilir” - Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 26-cı turunda “Neftçi”ylə oyundan (0:1) sonra mətbuat konfransı keçirib.

Qol.az-ın xəbərinə görə, əvvəlcə oyunla bağlı fikirlərini açıqlayan mütəxəssis rəqib təbrik edib:

 

- Məğlub olsaq da, komandamın oyunundan razı qaldım. Yaxşı futbol izlədik. Hər halda, meydanda mübarizə var idi. Məğlub olmaq istəmirdik. Komandada qalib əhval-ruhiyyəsini qoruyub saxlamaq lazımdır. Neçə oyundu uduzmurduq. Buna görə, komanda daxilində bir həyəcan var idi ki, hər an uduza bilərik”.

- Coşqun Diniyevin əvəzlənməsi qol epizodunda yol verdiyi səhvə görə idi?

- Qoldan başqa da bəzi səhvləri var idi. Eyni səhvlərin təkrarlanmaması üçün onu əvəzlədim.

- Riçard Almeydanın oynamamasının səbəbi nə idi?

- O, həm zədəlidir, həm də sarı vərəqəsi var idi.

- Futbolçuların şəxsi həyatına nəzarət barədə nə deyə bilərsiniz?

- Bu barədə məlumat verə bilmərəm.

- “Qəbələ”nin qapıçısı Dmitri Bezotosnının milliləşdirilməsi ilə bağlı məlumatlar nə dərəcədə həqiqətəuyğundur?

- Bu barədə mənim məlumatım yoxdur. Ancaq hansısa mövqedə problem olsa, ola bilsin bu addımı nə vaxtsa ata bilək.

- “Qəbələ” ilə son turdakı oyunun Bakıda keçirilməsi ehtimalı var...

- Bu barədə məndə heç bir məlumat yoxdur.

- Oyunun sonunda Ramil Şeydayev və Miçel arasında gərginlik yaşandı. Bununla bağlı nə deyə bilərsiniz?

- Mən belə bir şey görmədim. Hamı burda öz yerini bilir. Futbolçular özündən böyüyə hörmət edirlər. Məncə, ciddi heç nə yoxdur.

- Çempionluğu təmin etmisiniz. Ola bilər ki, bəzi legionerləri vaxtından əvvəl istirahətə göndərəsiniz?

- Ola bilsin, milli komandanın üzvlərinə bir qədər tez icazə verdim.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.