Yaponiya klubundan İnyesta açıqlaması – "Yalandır"
Yaponiyanın “Vissel Kobe” klubunun idman direktoru Açuxiro Miura “Barselona”nın yarımmüdafiəçisi Andres İnyestanın transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Qol.az-ın xarici mətbuata istinadən yaydığı xəbərə görə, o, məlumatı təkzib edib. Klub rəsmisi bildirib ki, İnyestaya illik 30 milyon avro verəcəkləri ilə bağlı söz-söhbət həqiqəti əks etdirmir:
“Transfer xəbərinə görə çaş-baş qalmışam. Çünki bu barədə heç nə eşitməmişəm Açığı, məbləğ mənə inandırıcı gəlmir, yalandır. Əgər İnyesta bizim kluba gəlsə, bu, həqiqətən inanılmaz olacaq. Amma bu da həqiqəti əks etdirmir”.
Qeyd edək ki, 2 gün öncə İnyestanın illik “Vissel Kobe” ilə 3 illik müqavilə bağladığı və yeni klubunda ilinə 30 milyon avro qazanacağı ilə bağlı xəbər yayılmışdı
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb