banner
banner

İdman

Bu gün Azərbaycan kubokunun qalibi müəyyənləşəcək

Bu gün Azərbaycan kubokunun qalibi müəyyənləşəcək

Bu gün Azərbaycan kubokunun final matçı keçiriləcək. Apasport.az saytının məlumatına görə, Qəbələ şəhər stadionundakı matçla 2017/18 mövsümünə yekun vurulacaq.

Azərbaycanda Cümhuriyyətin 100 illik yubileyi gününə təsadüf edən finalda “Keşlə” və “Qəbələ” qarşılaşacaq. İndiyədək komandalardan heç biri kubok qazanmadığından mükafat yeni sahibini tanıyacaq.

Qəbələdəki qələbə iki dəfə çempion, bir dəfə “Birlik Kuboku”nun qalibi olan bakılılar üçün ümumilikdə 4-cü titul ola bilər. Doğma meydanda nominal qonaq olacaq “Qəbələ” isə I dəstə çempionluğu sayılmasa, tarixinin ilk titulunu əldə etməyə iddialıdı. Görüş həm də Azərbaycanın Avropa Liqasındakı son təmsilçisini müəyyənləşdirəcək. Bakılılar Avropaya yollanmaq üçün mütləq kubok qazanmalıdır,“Qəbələ” isə artıq avrokuboklara vəsiqəni təmin edib. Əyalət klubu qalib gəlsə, qitənin ikinci dərəcəli klub turnirindəki son təmsilçimiz “Zirə” olacaq.

Qeyd edək ki, Qəbələ şəhər stadionundakı matç saat 20:00-da başlayacaq.

 

Azərbaycan kuboku

 Final

28 may (bazar ertəsi)

20:00. “Keşlə” – “Qəbələ”

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Əliyar Ağayev

Qəbələ şəhər stadionu

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.