Kraynada başa çatan mövsümün ən yaxşılarının adları məlum olub. Ən yaxşılar ənənəvi olaraq 5 nominasiya üzrə müəyyənləşib. “Şaxtyor”un yarımmüdafiəçisi Marlos mövsümün oyunçusu seçilib. Məşqçilər arasında qalib “Dinamo”nun çalışdırıcısı Aleksandr Xatskeviç olub. Ukrayna çempionatının ən yaxşı qapıçısı adına “Şaxtyor”dan Andrey Pyatov layiq görülüb. Donetks klubunun qolkiperi bu mükafatı ardıcıl ikinci, ümumilikdə dördüncü dəfə qaznaır. Çempionatın ən yaxşı gənc oyunçusu adını “Dinamo”dan Viktor Çıqankov qazanıb. Ən yaxşı hakim isə Yuri Mojarovskidir.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb