“Parisi tərk etmək Neymar üçün çətin olacaq” - -Qvardiola
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Neymarın karyerasını İngiltərə davam etdirə biləcəyi haqda yayılan xəbərlərə münasibət bildirib.
Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, ispan mütəxəssis Neymarın PSJ-ni tərk edəcəyinin inandırıcı olmadığını bildirib:
“Mən PSJ-yə getməyə hazırlaşmıram, Neymar da “Mançester Siti”yə keçməyi düşünmür. Neymar “Real”a keçəcək? Bu şayiələri mən də eşitmişəm. Lakin Parisi tərk etmək Neymar üçün çətin olacaq. Çünki PSJ elə PSJ-di. Bununla belə, futbolda hər şey mümkündü”
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb