Mərakeş millisinin qapıçısı Munir Məhəmmədi dünya çempionatının qrup mərhələsinin son turunda İspaniyaya qarşı keçirəcəkləri oyundan danışıb. 29 yaşlı qolkiper bildirib ki, növbəti mərhələ şansını itirsələr də, mundialla qələbə ilə vidalaşmaq istəyirlər:
“Biz heç vaxt rəqibdən çəkinmirik. Təbii ki, ispanların heyətində yüksəksəviyyəli futbolçular cəmləşib. Bütün oyunçulara hörmətlə yanaşırıq. Anlayırıq ki, İspaniya yığmasında zəif nöqtə tapmaq çətindir. Oyun tam köklənməliyik. 90 dəqiqə ərzində yaxaladığımız epizodları dəyərləndirməliyik. Aydın məsələdir ki, oyunun nəticəsi bizim üçün heç nəyi dəyişmir. Bununla belə, turniri major notda başa vurmağa çalışacağıq. İspaniyaya qalib gəlib ökəmizin bizimlə fəxr etməsini istəyirik”
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb