Braziliya Meksikaya, Belçika Yaponiyaya qarşı - Yenilənir
Bu gün DÇ-2018-in daha iki 1/8 final oyunu keçiriləcək.
Qol.az-ın xəbərinə görə, ilk olaraq meydana mundialın favoritlərindən Braziliya və Almanianı qrupda saxlayan Meksika çıxacaqlar.
Qrup oyularında cəmi 1 dəfə xal itirən Braziliya bu matçın favoritidir. Meksika millisi mundiala Almaniya üzərində böyükhesablı qələbə ilə start versə də, son görüşdə İsveçdə alınan böyükhesablı yenilgi komandanın gücünü şübhə altına salıb.
Digər matçda isə Belçika Yaponiya ilə üz-üzə gələcək. Bu qarşılaşmanın aşkar favoriti avropalılardır. Qrupda maksimum nəticə göstərən “Qırmızı şeytanlar” yalnız sarı vərəqələrin sayına görə 1/8 finala adlayan Yaponiya ilə matçın aşkar favoritidir.
Dünya çempionatı
1/8 final mərhələsi
2 iyul
18:00. Braziliya - Meksika Baş hakim: Canluka Rokki (İtaliya) Samara. “Kosmos Arena”
22:00. Belçika - Yaponiya Baş hakim: Malanq Dyediu (Seneqal) Rostov. “Rostov Arena”
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb