banner
banner

İdman

"Napoli"dən Di Mariyaya 3 illik müqavilə

"Napoli"dən Di Mariyaya 3 illik müqavilə

PSJ-nin yarımmüdafiəçisi Anhel Di Mariya karyerasını İtaliyada davam etdirə bilər.
Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, “Napoli” argentinalı futbolçunun xidmətində maraqlıdır. Klub prezidenti Aureliyo De Laurentisin Di Mariyaya 3 illik müqavilə təklif etdiyi iddia olunur. Əgər təcrübəli oyunçu dəvətə “hə” desə, onun illik qazancı 5 milyon avro olacaq. Argentinalının PSJ-dəki gəliri bundan 2 dəfə çox olsa da, onun “Napoli”nin yeni baş məşqçisi Karlo Ançelottiyə görə İtaliya klubuna keçməyə razılıq verəcəyi gözlənilir.

 


Qeyd edək ki, Di Mariyanın PSJ ilə müqaviləsi gələn ilin yayında başa çatacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.