"Qonşulardan xahiş edə bilərsən, bizim də zibilimizi atsınlar?" - ingilis futbolçu
İngiltərə millisinin yarımmüdafiəçisi Harri Maquayr “Twitter”də paylaşdığı maraqlı şəkillə diqqət mərkəzinə düşüb.
Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, sevgilisi ilə fotosunu paylaşan futbolçu ona müraciətlə bu sözləri yazıb:
“Qonşulardan xahiş edə bilərsən, bazar ertəsi bizim də zibilimizi atsınlar. Çünki hələ evə getmirik”.
Maquayr bununla İsveç üzərində qələbəyə işarə edərək mundialda yola davam etdiklərini bildirib.
Qeyd edək ki, 1/4 final mərhələsində İngiltərənin İsveçi 2:0 hesabı ilə məğlub etdiyi matçda ilk qolu məhz Maquayr vurmuşdu. İngilislər yarımfinalda Xorvatiya ilə qarşılaşacaqlar. Oyun iyulun 11-də Moskvada keçiriləcək
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb