banner
banner

İdman

"Neftçi"nin baş məşqçisi: Bu, çox acınacaqlı haldır

"Neftçi"nin baş məşqçisi: Bu, çox acınacaqlı haldır

"Bu bizim üçün çox ağır nəticədir". Trend-in məlumatına görə, "Neftçi"nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının birinci təsnifat mərhələsinin "Uypeşt”lə cavab oyunundan (4:0) sonra deyib.

İtaliyalı mütəxəssis həm nəticəyə, həm də komandamızı dəstəkləməyə gələn azarkeşlərə yaxşı nəticə göstərə bilmədiyi üçün kədərləndiyini bildirib:

"Ardıcıl iki qol buraxandan sonra bizim üçün çox ağır oldu. Müdafiədəki səhvdən sonra isə qapımızda üçüncü qolu gördük. Oyunda dönüş yaratmaq üçün böyük cəhdlər etdik, amma təəssüf ki, dördüncü qol da vuruldu. Ola bilsin ki, futbolçuları oyuna düzgün kökləyə bilməmişdik".

 

Baş məşqçi qeyd edib ki, əlbəttə, bu, çox acınacaqlı haldır: "Həm də ona görə kədərlənirəm ki, bizi dəstəkləməyə gələn azarkeşlərə yaxşı nəticə göstərə bilmədik. Bu bizim üçün çox ağır nəticədir. Oyunu əks-hücum üzərində qurmağı düşünürdük, amma təəssüf ki, bunu həyata keçirə bilmədik”.

Qeyd edək ki, "Neftçi" Bakıda keçirilən ilk oyunda Macarıstan klubunu 3:1 hesabı ilə məğlub etmişdi.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.