Dünya Çempionatında ilkə imza atan müdafiəçi futbolu tərk edir
Təcrübəli meksikalı futbolçu Rafael Markes millidə karyerasını başa vurdu.
Trend-in məlumatına görə, bunu Markes “Tvitter” sosial şəbəkəsində yazıb.
39 yaşlı futbolçu 21 illik peşəkar karyerası ərzində dəstəyə görə azarkeşlərə minnətdar olduğunu bildirib. O, karyerasına başladığı Meksikanın “Atlas” klubunda inzibati işə keçəcək.
Müdafiəçi karyerası ərzində “Atlas”, “Monako”, “Barselona”, “Nyu-York Red Bull”, “Leon” və “Verona” klublarında çıxış edib. Ümumilikdə karyerası ərzində 20 mükafat qazanıb.
Rusiyada keçirilən Dünya Çempionatı Markes üçün karyerası ərzində sayca beşinci mundial olub. Müdafiəçi dünya çempionatlarında milli komandanın 5 dəfə kapitanı olmaqla ilkə imza atıb.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb