banner
banner

İdman

Azərbaycanlı yeniyetmə ağır atlet Avropa birinciliyinin qalibi oldu

Azərbaycanlı yeniyetmə ağır atlet Avropa birinciliyinin qalibi oldu

22-29 iyul tarixlərində İtaliyanın Milan şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyində ilk yarış günü arxada qalıb.

Trend-ə Azərbaycan Ağır Atletika Federasiyasından verilən məlumata görə, 40-a yaxın ölkədən 388 atletin iştirak etdiyi turnir həmçinin Argentinanın paytaxtı Buenos-Ayresdə baş tutacaq Yeniyetmələrin 3-cü Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Milandakı birincilikdə Azərbaycan yığma komandası da iştirak edir.

 

17 yaşa qədər oğlanlarda 50 kq çəki dərəcəsində Ömər Cavadov birdən qaldırma hərəkətində hər üç yanaşmanı uğurla yerinə yetirib və 88 kq nəticə göstərib. Bununla Cavadov bütün rəqiblərini üstələyib və bu hərəkətdə qızıl medal qazanıb. Ömər uğuru təkanla qaldırma hərəkətində də davam etdirib. Atletimiz bu dəfə 102 kq-ı ram edərək bu hərəkətdə Avropa ikincisi olub.

Toplam 190 kq (88+102) nəticə göstərən Ömər Cavadov yekun sıralamada da Avropa birinciliyinin qalibi adını qazanıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.