Cüdoçularımız Zaqreb Qran-Prisində üç medal qazanıblar
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Qran-Pri yarışına yekun vurulub. Beynəlxalq turnirin sonuncu günü millimiz aktivinə daha bir medal yazdırıb.
Azərbaycan Cüdo Federasiyasından Trend-ə verilən məlumata görə, 90 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Məmmədli Mehdiyev turnirin bürünc medalını qazanıb.
Bundan əvvəl Rüstəm Orucov (73 kq) və Elxan Məmmədov (90 kq) bürünc medal əldə etmişdilər.
Qeyd edək ki, 78 ölkədən 508 (326 kişi, 182 qadın) cüdoçunun qüvvəsini sınadığı Qran-Pridə Azərbaycan millisi 11 cüdoçu (10 kişi, 1 qadın) ilə təmsil olunub.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb