“Oyuna hazırlıq zamanı qapının təhlükəsizliyi üzərində çox çalışdıq. Ancaq təkcə müdafiə olunmayacağıq. İlk görüşdə istədiyimizi aldıq. Çünki rəqib qol vura bilmədi".
Bu sözləri "Kukesi"nin futbolçusu Besar Musolli Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”la cavab oyunu öncəsi yerli mətbuata açıqlamasında deyib.
O, təzyiqin rəqibin üzərində olacağını bildirib: "Çünki onlar qələbə qazanmağa çalışacaqlar. Biz eyni formada çıxış edəcəyik. Üstünlük əldə etmək üçün qol vurmağa çalışacağıq. Ümid edirəm ki, buna nail olacağıq".
Qeyd edək ki, “Qarabağ” – “Kukesi” oyunu bu gün saat 21:00-da başlayacaq.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb