banner
banner

İdman

BATE-ni Bakıda “batırmalı” - "Qarabağ" üçün üçüncü sınaq...

BATE-ni Bakıda “batırmalı” - "Qarabağ" üçün üçüncü sınaq...

Bu gün saat  21:00-da Çempionlar Liqasının 3-cü təsnifat  mərhələsində “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda Belarusun BATE klubu ilə qarşılaşacaq. Yada salaq ki, “Qarabağ” II təsnifat mərhələsində Albaniyanın “Kukesi”sini, BATE isə Finlandiya təmsilçisi HİK-i mübarizədən kənarlaşdırıb. “Qarabağ” ilk dəfədir ki, Avrokuboklarda Belarus klubu ilə qarşılaşacaq.

Ötən il ÇL qrup mərhələsində  Avropanın nəhəngləri ilə mübarizə aparmış “Qarabağ”ı BATE ilə “qorxuzmaq” olmaz.  Amma hamımız da gözəl bilirik ki, “Qarabağ”ın  hazırda yenidən qurulması, yeni oyunçuların “oturuşması” prosesi gedir. “Kukesi” ilə Bakıdakı oyunda doğma klubumuzda vəziyyətin hələ idealdan çox uzaq olduğunu gördük. Klub istədiyi nəticəni əldə etdi, amma meydanda əvvəlki “Qarabağ” hələ ki yoxdur. Bu, xüsusilə  yarımmüdafiə və hücum xəttində daha qabarıq üzə çıxır. “Qarabağ”ın hücumlarında əvvəlki kəsərlilik yoxdur. Kintananın,   Zubirin, Miçelin və  yeni transfer İnnosent Emeqaranın “Kukesi” ilə Bakıdakı oyunda zəhmətini unutmadan, hücum xəttində problemlərin tam aradan qalxdığını söyləmək tezdir.

Bəzi yerli mütəxəssislər deyib ki, “Qarabağ” bu səviyyədə də BATE-dən üstündür. Amma zənnimcə, bu cür qiymətləndirmə hələ çox tezdir. Adını çoxdan eşitdiyimiz, güclərini bu gün görəcəyimiz BATE ilə işimiz asan olmayacaq. 

Belarus futbol ənənəsi olan ölkədir. SSRİ çempionatında respublikanı  güclülər dəstəsində Minskin ortabab “Dinamo” klubu təmsil edirdi. Amma elə o vaxt da Borisovu BATE (“Borisovskiy zavod avtotraktornoqo glektrooborudovaniə”) kimi tanınan zavodunu eyni adlı klubu təmsil edib və uzun illər güclülər dəstəsində çıxış etmək üçün çalışıb. SSRİ-nin süqutundan  sonra Borisovu bir müddət “Folmalqauta” adlı klub təmsil edib və yalnız 1996-cı ildə klub yenidən  BATE adı ilə formalaşıb. Klubu o zamandan bəri  biznesmen Anatoli Kapski maliyyələşdirir.

1997-ci ildə əsas diviziona vəsiqə qazanan klub ilk debütündə bürünc medallara sahib olub. Elə o zamandan klub uzun illərdir ki, Belarus çempionatının favorit komandasıdır. 14 dəfə çempion olan klub 3 dəfə ölkə kubokunun, 7 dəfə isə superkubokun sahibi olub.

Məlumat üçün deyək ki, Belarus çempionatında 16 klub mübarizə aparır. Çempionatda Minski təmsil edən ikidən çox klub var. Son çempionatın yekununda BATE əzəli rəqibi Minsk  “Dinamo”su ilə  eyni xal (68) toplayıb. Turnir cədvəlindən belə görünür ki, BATE top fərqinə və ya aralarındakı oyunun nəticəsinə görə çempion elan olunub. Hazırda Belarus çempionatında 17 tur oynanılıb və “Qarabağ”ın  bugünkü rəqibi “Dinamo”nu yenə 7 xal üstələyərək (44) liderdir.

BATE - Qarabağ ile ilgili görsel sonucu

ÇL-ə gedən yol...

BATE 1999-cu ildən bəri Avrokuboklarda ardıcıl olaraq iştirak edir. 2008-ci ildə baş məşqçi Yuri Qançarovun klubu ilk dəfə ÇL qrup mərhələsinə vəsiqə qazanır. BATE  ÇL qrupdakı ilk sınağında “Real”, “Yuventus” və “Zenit”lə gücünü sınamalı olur. 2010-2011-ci il sezonunda klub ilk dəfə olaraq Avropa Liqasının 1/16  mərhələsinə də vəsiqə qazanır. 2011-2012 və 2013 sezonunda da klub ÇL qrup mərhələsində uğurlu çıxışı ilə yadda qalır. Klub ÇL ilk qələbələrini  qazanır. Özü də Fransa “Lill”isi və Almaniya “Bavariya” sı üzərində...

BATE - Qarabağ ile ilgili görsel sonucu

Yerli futbol məktəbinə üstünlük

Komanda əsasən yerli futbolçulardan ibarətdir ki, bu 45 milyon büdcəsi olan klubun xəsisliyindən irəli gəlmir. Klub yenidən təşkilatnanada əsas prinsipi yerli oyunçulara üstünlük vermək olub. Komandanın bazasında gənc futbolçuların yetişməsi üçün də ciddi iş qurulub. Yeniyetmələrlə işləyənlər  əsas klubun  məşqçilər korpusunda təmsil olunurlar. Belarusun gənclərdən ibarət milli komandasını da əsasən BATE-nin yeniyetmələri təmsil edir.

Klubun baş məşqçi vəzifəsini hazırda Anatoli Baqa icra edir.  1999-cu ildən BATE-də çıxış edən Baqa 2006-cı ildə Latviyanın “Dauqava” klubuna keçib. İki il Ukraynanın gənclərdən ibarət komandasının kapitanı olub. “Dauqava”dan sonra daha iki  Belarus klubunda çıxış edərək karyerasını başa vurub. O, Viktor Qançarenko BATE-yə rəhbərliyi dövründə məşqçi ştabına daxil olub.  Bu ilin iyunundan klubun baş  məşqçisi səlahiyyətlərini icra edir.

BATE - Qarabağ ile ilgili görsel sonucu

Müdafiə xəttində serbiyalılar, hücumda fin...

Klubun heyəti əsasən belaruslardan ibarət olsa da, heyətdə üç serbiyalı müdafiəçi də var: Nemanya Milunoviç, Nikola Vasileviç (onun adı bugünkü oyunun iştirak ərizəsində yoxdur) və Aleksandar Filipoviç. Yarımmüdafiə xəttində də serbiyalı Mirko İvaniç, Slobadan Simoviç kimi oyunçular görəv alır. Hücum xəttində isə cəmi bir əcnəbi var. Bu, Finlandiya futbol məktəbinin yetirməsi Tyominen Yassedir. Hücum xəttində bir Vladislav Muxamedov da var. Qapıçı da daxil olmaqla klubun əsas heyətinin digər oyunçuları Belarus futbol məktəbinin yetirmələridir.

“Qarabağ” bugünkü oyunda rəqib qapısından ən azı iki cavabsız top keçirməyə çalışmalıdır. BATE-ni Bakıda “batırmaq” lazımdır ki, Borisovdakı oyunda meydana daha sərbəst çıxmaq mümkün olsun. Bu kollektivlər arasında cavab qarşılaşması avqustun 14-də Borisovda olacaq. “Qarabağ”ın pley-off mərhələsindəki potensial rəqibi Hollandiyanın PSV klubu ola bilər.  Bunun üçün isə hələ BATE səddini keçmək lazım...



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.