"Ronaldonun "Yuventus"a keçidi ilə bağlı qərarını başa düşmədim" - Platini
UEFA-nın sabiq prezidenti Mişel Platini "Yuventus"un futbolçusu Kriştiano Ronaldo haqda açıqlama verib.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, portuqaliyalı hücumçunun "Real"dan Turin klubuna keçməsi ilə bağlı verdiyi qərarı başa düşmədiyini deyib: "Kriştianonun "Yuventus"a transferini anlamadım. "Real" kimi bir klubda 3 il dalbadal Çempionlar Liqasının kubokunu qazanan 33 yaşlı bir futbolçu yeni macəra axtarması bir az qəribədir. Mən 32 yaşında ikən yorulub, futboldan getmişdim. Ronaldonun qərarını başa düşmədim".
Qeyd edək ki, Ronaldo bu yay "Yuventus"la 4 illik müqavilə imzalayıb
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb